Hollow Knight: Silksong yaxın günlərdə çıxa bilər — fanatlar Summer Game Fest-də ani reliz gözləyir

by Nigar Məmmədova
0 comments

Altı illik uzunmüddətli səssizlikdən sonra Hollow Knight: Silksong yenidən diqqət mərkəzinə qayıdıb. İlk dəfə 2019-cu ildə elan edilən oyun bu yaxınlarda bir neçə mühüm yeniliklə yadda qalıb: Nintendo Switch 2 təqdimatında adı çəkildi, Steam səhifəsində texniki dəyişikliklər oldu və sentyabrda Avstraliya oyun sərgisində iştirak edəcəyi təsdiqləndi. Bütün bunlar isə Summer Game Fest ərəfəsində baş verir və oyun dünyasında böyük həyəcan yaradıb.

Steam yenilənməsi ümidləri artırdı

3 iyun tarixində, Bakı vaxtı ilə səhər saatlarında, Silksong oyununun Steam səhifəsində yeni “depot” əlavə olundu. Bu “depot” üçün “Store or CD key” növü təyin edilib – bu da oyunun satışa hazırlandığına işarə edir. Bu xəbər, gizli buraxılış (shadow drop) ehtimalını daha da gücləndirib.

Fanatlar emosiyalarını saxlaya bilmir

Reddit və digər sosial platformalarda Silksong azarkeşləri artıq çoxdan bu anı gözləyirlər. Reddit istifadəçisi appleappleappleman aparıcı Geoff Keighley-ə emosional müraciət edib:
“GEOFF. GEOFF, BU SHADOW DROP OLACAQ? GEOFFREY, XAHİŞ EDİRƏM.”

Başqa bir istifadəçi LittleGoblinBoy isə oyunun çıxışını bu sözlərlə təsvir edib:
“Bir az da kədərlənəcəyəm. Bu gözləmə artıq həyatımın bir parçası idi. Sanki köhnə bir dostla vidalaşıram.”

“Endgame” yaxınlaşır?

Bir çox fanat üçün Hollow Knight: Silksong təkcə oyun deyil — bu, illərlə davam edən birgə gözləmə, ümid və zarafatlarla dolu səmimi bir icmadır. Artıq azarkeşlər deyirlər:
“Biz artıq endgame-dənik.”

Summer Game Fest tədbiri bir neçə günə başlayacaq və çoxları məhz burada Silksongun gözlənilməz şəkildə reliz olacağına inanır.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın