Bir aylıq fasilə geridə qaldı – transferlər həyata keçirən komandalar Almaniyada ən yaxşı oyunlarını göstərməyə can atırlar. 1xBet Azərbaycan-ın kiberidman üzrə ekspertləri isə artıq əfsanəvi Köln turnirinin favoritlərini təhlil ediblər.
IEM Cologne 2025-də 24 komanda $1,250,000 məbləğində mükafat fondu uğrunda mübarizə aparacaq. Turnirin mərhələləri aşağıdakı kimidir:
- Play-In (23–25 iyul);
- Qrup mərhələsi (26–29 iyul);
- Pley-off mərhələsi (1–3 avqust).
Gəlin Köln turnirində qələbə şansı ən yüksək olan TOP-5 komandaya nəzər salaq:
İlin əvvəlindən bəri fransız komandası 7 böyük turnirdə qalib gəlib, o cümlədən BLAST.tv Austin Major 2025-in çempionu olub. Hazırda Team Vitality formanın zirvəsindədir və iştirak etdiyi hər bir turnirin əsas favoritidir. Əgər əsas oyunçular – ZywOo, ropz və ya apEX – qəfil zədə almadan çıxış edə bilsələr, Köln kubokunu məhz «Arılar» qaldırmalıdır.
- №2 The MongolZ
Meycor finalında monqol komandası dünyanın ən güclü komandası ilə bərabər səviyyədə mübarizə apara bildiyini sübut etdi. İndi isə The MongolZ üçün növbəti addımı atmaq qalır – bu il ilk böyük turnirdə qələbə qazanmaq. Xatırladaq ki, komanda sonuncu dəfə bir ildən çox əvvəl, YaLLa Compass 2024-də kuboku qaldırmışdı, buna görə azərkeşlər onların növbəti uğurunu səbirsizliklə gözləyir.
- №3 Team Falcons
Team Falcons-un heyəti əvvəl də dünyanın ən güclülərindən biri sayılırdı, lakin mövsümlərarası fasilədə ulduz oyunçular NiKo və m0NESY-yə daha bir top səviyyəli oyunçu – yüksələn ulduz kyousuke qoşuldu. Komandanın sükanı arxasında isə beş meycor çempionluğu olan əfsanəvi məşqçi zonic dayanır. Əgər kyousuke tez bir zamanda komandaya uyğunlaşa və Tier 1 səhnəsində yüksək səviyyə göstərə bilsə, Team Falcons IEM Cologne 2025 turnirini asanlıqla qazana bilər.
- №4 Team Spirit
Uğursuz keçən mövsümün ilk yarısından sonra ötənilki Perfect World Shanghai Major 2024 turnirinin qalibləri nəhayət heyətdə dəyişiklik etməyə qərar verdilər. Əsas heyətdə yerə ən çox layiq olan oyunçu Team Spirit Academy-nin yetirməsi kyousuke idi, lakin onun oyun rolu donk-un mövqeyi ilə çox üst-üstə düşürdü. Nəticədə komanda kyousuke-ni Falcons-a satmaq və təcrübəli magixx-in yerinə Nemiga-dan 17 yaşlı zweih-i dəvət etmək qərarına gəldi. Bu qərarın nə dərəcədə uğurlu olduğunu isə məhz IEM Cologne 2025 göstərəcək.
- №5 FaZe Clan
FaZe Clan favoritlər beşliyində yer alan yeganə komandadır ki, turnirə Play-In mərhələsindən başlayıb. Mövsümün ilk yarısında onlar heç bir turnirdə qalib gəlməyiblər, meycor-da isə ulduz oyunçu s1mple-ın dəvətinə baxmayaraq, artıq 1/4 finalda mübarizəni dayandırıblar. Lakin heyətə istirahətdən qayıdan broky-ni qaytardıqdan sonra FaZe Clan IEM Cologne 2025-in ilk mərhələsini inamla keçərək əla oyun nümayiş etdirib. Əgər turnir püşkü onlara düşərsə və digər favoritlər bir-birini yarışdan kənarlaşdırarsa, karrigan-ın komandası baş mükafatı qazanmağa tam qadirdir.
Yuxarıda qeyd olunan beş favoritlə yanaşı, MOUZ, Aurora və NAVI də IEM Cologne 2025-in qalibi olmaq üçün ciddi iddiaçılardır. Ən son nəticələrdən xəbərdar olmaq üçün mütləq 1xBet mobile yükle – beləliklə, bu möhtəşəm kiberidman turnirini daim izləyə biləcəksən!