IEM Cologne Major 2026 Stage 3-də dördüncü günün nəticələri: Monte turnirlə vidalaşdı, Vitality pley-offda

by Nigar Məmmədova
0 comments

IEM Cologne Major 2026” turnirində “Stage 3” mərhələsinin dördüncü raundunun qarşılaşmaları başa çatıb. Gərgin keçən oyun gününün yekununda daha üç komanda pley-off mərhələsinə vəsiqə qazanıb, eyni sayda kollektiv isə turnirdəki çıxışını başa vurub.

Pley-offa yüksələnlər və ələnənlər

  • Vitality, AuroraFalcons komandaları bu mərhələni 3-1 statistikası ilə tamamlayaraq adlarını turnirin pley-off mərhələsinə yazdırmağı bacarıblar.
  • MOUZ, MonteLegacy kollektivləri isə növbəti məğlubiyyətlərini alaraq çempionatla rəsmi şəkildə vidalaşıblar.

Matçların nəticələri

2-1 Səbəti (Pley-offa vəsiqə uğrunda matçlar)

  • BB — Vitality | 0:2 (Overpass xəritəsində 8:13, Nuke xəritəsində 11:13)
  • Aurora — 9z | 2:0 (Nuke xəritəsində 13:1, Dust2 xəritəsində 13:5)
  • Natus Vincere — Falcons | 1:2 (Dust2 xəritəsində 3:13, Mirage xəritəsində 13:7, Anubis xəritəsində 16:19)

1-2 Səbəti (Turnirdən kənarlaşdırma matçları)

  • MOUZ — FUT | 1:2 (Ancient xəritəsində 11:13, Nuke xəritəsində 13:10, Mirage xəritəsində 7:13)
  • The MongolZ — Monte | 2:1 (Nuke xəritəsində 9:13, Inferno xəritəsində 13:7, Dust2 xəritəsində 13:11)
  • G2 — Legacy | 2:0 (Dust2 xəritəsində 13:7, Overpass xəritəsində 13:4)

Meycor haqqında qısa arayış: “IEM Cologne Major 2026” turniri 2-21 iyun tarixlərində Almaniyanın Köln şəhərində keçirilir. Dünyanın ən güclü komandaları 1 250 000 dollar ($1 250 000) məbləğində nəhəng mükafat fondu uğrunda barışmaz mübarizə aparırlar.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın