IEM Krakow 2026 turniri fərdi ustalıq nümayiş etdirən bir çox oyunçunun parlamasına səhnə olub. Bəzi oyunçular komandalarını pley-offa daşıyıb, digərləri isə komandalarının nəticələrindən asılı olmayaraq fərdi performansları ilə yadda qalıblar. Oyunçuların təsiri, sabitliyi və təzyiq altında çıxışlarına əsasən turnirin ən yaxşıları aşağıdakı kimi sıralanıb:
10. MATYS (G2) – 6.4 Matuş “MATYS” Şimko dörddəbir finalda MOUZ-a qarşı matçda G2-nin rəqabətədavamlı qalması üçün ən çox çalışan oyunçu olub. Qrup mərhələsi ilə müqayisədə oyununu xeyli yaxşılaşdıran MATYS, çətin anlarda komandasını oyunda tutmağa çalışıb.
- KPR: 0.78
- DPR: 0.80
- ADR: 89.57

9. flameZ (Vitality) – 6.6 Şahar “flameZ” Şuşan turnir boyunca Vitality-nin ən etibarlı oyunçularından biri kimi çıxış edib. Finalda göstərdiyi performans komanda yoldaşı ZywOo-nun kölgəsində qalsa da, qələbədəki rolu əvəzsiz olub.
- KPR: 0.77
- DPR: 0.66
- ADR: 81.17

8. HeavyGod (G2) – 6.6 Nikita “HeavyGod” Martınenko pley-offda ən yaxşı oyununu nümayiş etdirə bilməsə də, bütün turnir ərzində ən stabil elementlərdən biri olub.
- KPR: 0.76
- DPR: 0.76
- ADR: 86.22

7. torzsi (MOUZ) – 6.7 Adam “torzsi” Torjas güclü və zəif oyunlar arasında keçid edərək fərqli performans göstərib. MOUZ pley-offun zirvəsinə çatmasa da, snayper lazım olan anlarda komandasına atəş gücü verə bilib.
- KPR: 0.80
- DPR: 0.66
- ADR: 77.73

6. kyousuke (Falcons) – 6.8 Maksim “kyousuke” Lukin yüksək fərdi səviyyəsini qorumağa davam edib. Lakin onun güclü statistikası və təsiri Falcons-un pley-offa yüksəlməsi üçün kifayət etməyib.
- KPR: 0.84
- DPR: 0.69
- ADR: 86.50

5. Spinx (MOUZ) – 6.8 Lotan “Spinx” Giladi turnirdə MOUZ-un ən yaxşılarından biri olub. Onun sabitliyi komandasının Falcons-u məğlub edərək pley-offa yüksəlməsində əsas amil olub.
- KPR: 0.79
- DPR: 0.70
- ADR: 90.83

4. m0NESY (Falcons) – 6.9 İlya “m0NESY” Osipov xüsusilə NRG və 3DMAX komandalarına qarşı güclü nəticələr toplasa da, turnir cədvəlinin dərinliklərinə doğru irəliləmək imkanı məhdud olub.
- KPR: 0.82
- DPR: 0.59
- ADR: 84.25

3. sh1ro (Spirit) – 7.0 Dmitri “sh1ro” Sokolov pley-offda oyununu əhəmiyyətli dərəcədə inkişaf etdirib. Onun sakit və dəqiq oyunu Spirit-in turniri üçüncü yerdə başa vurmasına kömək edib.
- KPR: 0.85
- DPR: 0.51
- ADR: 83.86

2. donk (Spirit) – 7.2 Danil “donk” Krışkovets adət etdiyi yüksək səviyyəni qorusa da, pley-offdakı təsiri gözləniləndən bir qədər aşağı olub. 3-cü yer uğrunda matçda tN1R və sh1ro-nun ön plana çıxması ilə o, bir az kölgədə qalıb.
- KPR: 0.91
- DPR: 0.69
- ADR: 100.00

1. ZywOo (Vitality) – 7.8 Matye “ZywOo” Erbo Krakovda tamamilə başqa səviyyədə çıxış edib. Qrup mərhələsində dominantlıq edən ulduz, pley-offda oyununu daha da artırıb. FURIA-ya qarşı final performansı karyerasının ən yaxşı oyunlarından biri kimi tarixə düşüb.
- KPR: 1.02
- DPR: 0.50
- ADR: 94.88

IEM Krakow 2026 turniri bir daha sübut etdi ki, ən yüksək səviyyədə ulduz oyunçuların rolu əvəzsizdir. ZywOo hər kəsdən üstün göründüyü halda, Spirit-in donk və sh1ro dueti də öz klasslarını təsdiqləyiblər.