4 fevral tarixində CS2 üzrə keçirilən IEM Kraków 2026 turnirinin qrup mərhələsi başa çatıb. Çempionluq uğrunda mübarizəni davam etdirəcək ən güclü altı komanda müəyyənləşib.
Dörddəbir finalda bizi Aurora – FURIA və G2 – MOUZ cütlüklərinin qarşılaşması gözləyir. Vitality və Spirit komandaları isə qrup mərhələsindəki uğurlu çıxışları sayəsində pley-offa birbaşa yarımfinaldan start verəcəklər.
IEM Kraków 2026 pley-off cədvəli (Bakı vaxtı ilə +2 saat):
Dörddəbir final (6 fevral)
- 18:45 Aurora – FURIA
- 22:00 G2 – MOUZ
Yarımfinal (7 fevral)
- 18:45 (Rəqiblər dəqiqləşəcək)
- 22:00 (Rəqiblər dəqiqləşəcək)
Final və 3-cü yer uğrunda matç (8 fevral)
- 16:30 3-cü yer uğrunda matç
- 20:00 Qrand-final
IEM Kraków 2026 turniri 28 yanvar – 8 fevral tarixlərində Polşanın Krakov şəhərində keçirilir. Turnirin ümumi mükafat fondu 1.25 milyon dollar təşkil edir.