1
Beynəlxalq Olimpiya Komitəsi (BOK) ilk dəfə Olimpiya Kiberidman Oyunlarının 2027-ci ildə Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində baş tutacağını təsdiqləyib.
Turnirin təsnifat mərhələləri 2025-ci ildə başlayacaq. Yarışların təşkili üçün BOK Səudiyyə Ərəbistanının Milli Olimpiya Komitəsi ilə 12 illik tərəfdaşlıq müqaviləsi imzalayıb.
Hansı oyunların proqramda yer alacağı hələ açıqlanmayıb. Lakin insayderlərə görə, siyahıya Dota 2 daxil ediləcək. Bundan əvvəl Fortnite-in də turnirə əlavə olunması təklif edilmişdi. Counter-Strike 2 isə yarış proqramında yer almayacaq.
Əslində ilk Olimpiya Kiberidman Oyunları 2025-ci ildə keçirilməli idi, lakin təşkilatçılar bir neçə dəfə tarixi dəyişdirərək 2027-ci ilə təxirə salıblar.