Braziliyanın Imperial Esports təşkilatı Counter-Strike 2 heyətində dəyişiklik etdiyini açıqlayıb. Komandaya Felipe “skullz” Medeiros qoşulub.
O, ehtiyat heyətə göndərilən Jose “shr” Xilin yerini tutub. Bununla da Imperial-ın yeni heyəti belə formalaşıb:
- Marcelo “chelo” Cespedes
- Vinicius “VINI” Figueiredo
- Santino “try” Rigal
- Kaiky “noway” Santos
- Felipe “skullz” Medeiros
Medeiros aprel 2025-dən etibarən FURIA Esports-un ehtiyat oyunçusu idi. Həmin müddətdə o, müvəqqəti olaraq FaZe Clan heyətində də çıxış edərək IEM Dallas 2025 turnirində iştirak etmişdi.