Natus Vincere (1) komandasının üzvü, litvalı oyunçu Yustinas “jL” Lekaviçius G2 (3) komandasına qarşı keçirilən Counter-Strike 2 üzrə BLAST Premier Fall Final 2024 turnirinin final oyununda məğlubiyyətdən danışıb.
Onun fikirlərini HTLV yayıb.
“Sadəcə yorğunluq və stres idi. Bu turnirdən əvvəl kifayət qədər məşq etməmişdik, lakin buna baxmayaraq finala qədər yüksəldik. G2 daha yaxşı hazırlaşmışdı, daha istəkli və kuboka ac idilər.
Məğlubiyyət zamanı problemlər ortaya çıxdıqda həll yollarını tapa bilmədiyimiz üçün qələbə qazanmaq istəyimiz yox idi. Bəlkə də bu, kifayət qədər hazırlıq keçməməyimizdən qaynaqlanırdı, ya da çox yorğun idik. Dəqiq deyə bilmərəm, amma onlar daha yaxşı oynadılar”, – deyə jL bildirdi.
Qeyd edək ki, bu, G2 komandasının NAVI-yə qarşı son on görüşdə ilk qələbəsi idi. Qrup mərhələsinin yuxarı grid finalında Ukrayna təmsilçisi “samurayları” məğlub etsə də, pley-off finalında bu nəticəni təkrarlaya bilməyib.
Natus Vincere komandasının heyəti:
- Valeriy “b1t” Vaxovskiy (Ukrayna),
- Yustinas “jL” Lekaviçius (Litva),
- Aleksi “Aleksib” Virolaynen (Finlandiya),
- Mixay “iM” İvan (Rumıniya),
- İqor “w0nderful” Jdanov (Ukrayna),
- Andrey “B1ad3” Gorodenskiy (məşqçi, Ukrayna).
Xatırladaq ki, “doğulmuş qaliblər” ESL Pro League Season 20 turnirində qalib gəlib və HLTV reytinqində birinci yeri tutublar.