KT Rolster Worlds 2025 yarımfinalına yüksəldi

by Nigar Məmmədova
0 comments

Cənubi Koreya təmsilçisi KT Rolster, League of Legends üzrə Worlds 2025 turnirinin dörddəbir finalında CTBC Flying Oyster komandasına qarşı inamlı qələbə qazanıb. Qarşılaşma 3:0 hesabı ilə yekunlaşıb.

KT bu turnirdə hələ də heç bir xəritədə məğlub olmayıb. Komandanı növbəti mərhələdə Gen.G Esports ilə qarşılaşma gözləyir. Yarımfinal 1 noyabr tarixində, Bakı vaxtı ilə saat 10:00-da keçiriləcək.

CTBC Flying Oyster isə turniri 5–8-ci yerlər arasında başa vurub və 300 min ABŞ dolları mükafat qazanıb.

Worlds 2025 pley-off mərhələsi

Turnir 14 oktyabr – 9 noyabr tarixlərində keçirilir. Oyunlar Çinin üç şəhərində — Çendu, Şanxay və Pekində baş tutur. Ümumi mükafat fondu 5 milyon ABŞ dolları təşkil edir.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın