League of Legends dünyasında itki: Shushei 36 yaşında vəfat etdi

by Nigar Məmmədova
0 comments

Polşalı peşəkar League of Legends oyunçusu, ilk LoL dünya çempionu Matsiy “Shushei” Ratusnyak 36 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. Onun ölüm xəbəri ailəsi tərəfindən təsdiqlənib.

İlk LoL dünya çempionu və MVP

Shushei 2011-ci ildə Fnatic komandası ilə birlikdə LoL üzrə ilk Dünya Çempionatını qazanaraq adını tarixə yazdırmışdı. Həmin turnirdə o, həm də turnirin ən dəyərli oyunçusu (MVP) seçilmişdi. Fnatic ilə birlikdə həmçinin IEM Season VI – New York və IEM Season V – Hanover turnirlərinin qalibi olmuşdu.

Fnatic-dən vida mesajı

Fnatic komandası keçmiş oyunçularını sosial şəbəkədə bu sözlərlə yad edib:

“Dünən biz Shushei şəxsində bir əfsanəni itirdik. O, Fnatic LoL azarkeşliyinin başlanğıcına səbəb olan, ilk dünya çempionatını qazanan inanılmaz heyətin bir hissəsi idi. Düşüncələrimiz ailəsi və yaxınları ilədir.”

LoL icması, keçmiş komanda yoldaşları və pərəstişkarları Shushei-nin xatirəsini sosial şəbəkələrdə ehtiramla yad edirlər. Onun adı bu oyunun tarixində əbədi olaraq qalacaq.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın