Legacy təşkilatı “Fluxo” komandasından Andrey “arT” Piovezanı transfer etdiyini rəsmən elan edib. O, bu yaxınlarda ehtiyat oyunçular skamyasına göndərilən Lukas “lux” Meneqinini əvəzləyərək komandanın yeni oyun daxili lideri (IGL) olub.
Heyətdəki bu dəyişiklik Braziliya kollektivinin mövsümə uğursuz start verməsi, xüsusən də IEM Krakow turnirinin ilk mərhələsində sonuncu yeri tutması ilə əlaqədardır. 2025-ci ilin uğurlu keçməsinə baxmayaraq, yeni mövsümün başlanğıcındakı zəif nəticələr Legacy rəhbərliyini kadr islahatlarına getməyə məcbur edib.
arT əvvəllər bir il yarımdan çox müddət ərzində “Fluxo”ya rəhbərlik edib və bu müddət ərzində komanda ilə iki dəfə Meycor turnirinə vəsiqə qazanıb. O, yeni komandasında dərhal debüt etməyəcək, çünki PGL Cluj-Napoca turnirində Legacy-ni “FUT” komandası əvəzləyib. Kollektivin iştirak edəcəyi növbəti turnir 1 martda start götürəcək ESL Pro League Season 23 olacaq.