10
Riot Games tərəfindən keçiriləcək ilk böyük qadınlar üzrə League of Legends turniri — League of Legends Game Changers 2025 Rising-in bütün iştirakçı komandaları müəyyənləşib.
LGC 2025 Rising-də mübarizə aparacaq komandalar
- G2 Hell – Equal eSports Cup 2025-in çempionu
- Solary Académie – Equal eSports Cup 2025-in finalçısı
- Galions Pearl – Equal eSports Cup 2025-də 4-cü yer
- Nexus Reapers – Equal eSports Cup 2025-də 5-ci yer
- Vitality Rising Bees – dəvət alan komanda
- SK Gaming Aravorsa – dəvət alan komanda
- Eterna – açıq təsnifatların qalibi
- Zerance Bloom – açıq təsnifatların qalibi
Turnir haqqında
LGC 2025 Rising 13 sentyabrdan 30 oktyabra qədər keçiriləcək. Qrand-finala yüksələcək iki komanda Paris Game Week 2025 festivalında, Paris Expo Porte de Versailles səhnəsində qarşılaşacaq.