LTA Split 3 Amerika liqalarının pley-off şəbəkələri açıqlanıb

by Nigar Məmmədova
0 comments

League of Legends üzrə LTA North 2025 Split 3 və LTA South 2025 Split 3 liqalarının ilk mərhələsi başa çatıb və pley-off şəbəkələri müəyyənləşib.

LTA North 2025 Split 3-də yuxarı şəbəkəyə Team Liquid, FlyQuest, Shopify Rebellion və Cloud9 düşüb. Aşağı şəbəkədə isə Disguised, Dignitas, LYON və 100Thieves mübarizə aparacaq.

Pley-off cədvəli (bütün matçlar BO5):

  • Cloud9 vs Shopify Rebellion — 16 avqust, 23:00
  • FlyQuest vs Team Liquid — 17 avqust, 23:00
  • Disguised vs Dignitas — 23 avqust, 23:00
  • LYON vs 100Thieves — 24 avqust, 23:00

LTA South 2025 Split 3-də yuxarı şəbəkəyə FURIA, Keyd Stars, Red Canids və Pain Gaming keçib. Aşağı şəbəkədə LOUD, Fluxo w7m, Isurus Gaming və Leviatan oynayacaq.

Pley-off cədvəli (bütün matçlar BO5):

  • Pain Gaming vs Red Canids — 16 avqust, 19:00
  • Keyd Stars vs FURIA — 17 avqust, 19:00
  • LOUD vs Fluxo w7m — 23 avqust, 19:00
  • Leviatan vs Isurus Gaming — 24 avqust, 19:00

LTA North 2025 Split 3 26 iyul – 7 sentyabr tarixlərində ABŞ-ın Los Anceles şəhərindəki Riot Games Arena-da keçirilir. Turnirin Top-3 komandası LTA 2025 Championship-a vəsiqə qazanacaq, qalib isə Worlds 2025-ə birbaşa slot əldə edəcək.

LTA South 2025 Split 3 isə 26 iyul – 7 sentyabr tarixlərində Braziliyanın San-Paulu şəhərindəki Riot Games Arena-da baş tutur. Burada da Top-3 komanda LTA 2025 Championship-a vəsiqə qazanacaq, qalib isə Worlds 2025-ə birbaşa slot əldə edəcək.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın