Major Formatında İnqilabi Dəyişiklik: Stage 3 Artıq BO1 Matçları Olmayacaq

by Nigar Məmmədova
0 comments

Counter-Strike icmasında uzun müddətdir müzakirə olunan “İsveçrə sistemi”ndəki BO1 (tək xəritəlik matç) problemi nəhayət öz həllini tapır. Tənqidçilərin əsas arqumenti ondan ibarət idi ki, tək xəritəlik oyunlar komandaların real gücünü əks etdirmir və təsadüfi sensasiyalara yol açır.

Buna ən bariz nümunə kimi Ostin 2025 Meycoru göstərilirdi: turnirin qalibi olan Vitality komandası Stage 3-ün ilk matçında autsayder Legacy-yə BO1 formatında uduzmuşdu. Lakin sonradan Vitality bütün turniri qazanaraq öz dominatlığını sübut etdi.

BO3 Formatının Üstünlükləri

Mütəxəssislər hesab edirlər ki, BO3 (üç xəritədən ikisində qələbə) formatı komandaların xəritə seçimini (map pool) daha yaxşı nümayiş etdirməyə imkan verir və təsadüf amilini minimuma endirir. Autsayderlər bir xəritədə sürpriz edə bilsələr də, tam seriya boyunca (BO3) favoritlərə qarşı davam gətirməkdə çətinlik çəkirlər.

IEM Cologne Major 2026-da Yeni Qaydalar

Bu gün rəsmən elan edilib ki, IEM Cologne Major 2026 turnirində format dəyişdirilir:

  • Stage 1 və Stage 2: BO1 matçları hələ də qalmaqdadır.
  • Stage 3: Pley-offdan əvvəlki son və ən mühüm mərhələ olan bu stadiyada artıq BO1 matçı olmayacaq. Bütün qarşılaşmalar BO3 formatında keçiriləcək.

Bu addım pley-off mərhələsinə həqiqətən ən güclü və stabil kollektivlərin vəsiqə qazanmasını təmin edəcək. Turnir təşkilatçıları bu dəyişikliyin rəqabət səviyyəsini artıracağına inanırlar.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın