Microsoft “Xbox” konsollarının qiymətini kəskin qaldırır və bir modeli satışdan çıxarır

by Nigar Məmmədova
0 comments

“Microsoft” şirkətinin oyun bölməsi rəsmi olaraq elan edib ki, bu il avqustun 1-dən etibarən bəzi “Xbox” modelləri bahalaşacaq, digərləri isə ümumiyyətlə satışdan yoxa çıxacaq. Bu, 2025-ci ilin may ayından bəri konsolların qiymətində baş verən artıq üçüncü qlobal artımdır.

Şirikətin verdiyi məlumata görə, 512 QB yaddaşa malik “Xbox” modelləri 100 dollar, 1 TB-lıq versiyalar isə 150 dollar bahalaşacaq. Eyni zamanda, avqust ayında 2 TB tutumlu “Xbox Series X” modelinin istehsalı və satışı tamamilə dayandırılacaq.

Konsolların yeni qiymətləri

  • Xbox Series S 512 GB: $499.99 (əvvəlki qiyməti: $399.99)
  • Xbox Series S 1 TB: $599.99 (əvvəlki qiyməti: $449.99)
  • Xbox Series X Digital: $749.99 (əvvəlki qiyməti: $599.99)
  • Xbox Series X: $799.99 (əvvəlki qiyməti: $649.99)

Xatırladaq ki, “Xbox Series X” 2020-ci ildə ilk dəfə satışa çıxarkən start qiyməti $499, daha az güclü və rəqəmsal versiya olan “Xbox Series S” modelinin qiyməti isə $299 təşkil edirdi.

Qiymət artımının rəsmi səbəbi

“Xbox Wire” rəsmi bloqunda komponentlərin bahalaşması ilə bağlı aşağıdakı bəyanat yayılıb:

“Biz növbəti qiymət artımına ehtiyac olmayacağına ümid edirdik və son aylarda tədarükçülərlə müxtəlif həll yolları üzərində çalışdıq. Təəssüf ki, konsollar üçün yaddaş və daxili toplayıcıların (SSD) qiyməti dünyada 2.5 dəfədən çox artıb və vi biz 2027-ci ilin payızına qədər qiymətlərin daha bir dəfə ikiqat artacağını gözləyirik.”

Brendin 25 illiyi və gələcək planlar

  • Yeni aparat təminatı: Microsoft brendin 25 illik yubileyini qeyd etmək məqsədilə cari ilin noyabr ayında “Xbox Series X” üçün yeni aparat təminatı (hardware) təqdim etməyi planlaşdırır.
  • “Game Pass” təzadı: Konsolların bahalaşması xəbəri, Microsoft-un “Xbox Game Pass” abunə haqqını aşağı salmasından cəmi iki ay sonraya təsadüf edir. Həmin vaxt şirkət etiraf etmişdi ki, əvvəlki qiymət artımları milyonlarla abunəçinin platformanı tərk etməsinə səbəb olub.
  • Əlçatanlıq üçün alternativ yollar: Cari artım oktyabrda baş tutan əvvəlki artımdan cəmi 8 ay sonra reallaşır. Vəziyyəti yumşaltmaq üçün şirkət konsolları daha əlçatan etməyin digər yollarını nəzərdən keçirir — bura faizsiz hissə-hissə ödəniş sistemləri, həmçinin işlənmiş və zavod tərəfindən bərpa olunmuş (refurbished) cihazların rəsmi satışı daxildir.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın