Minecraft filmi startda 301 milyon dollar qazandı: oyunlara əsaslanan 10 ən uğurlu film

by Nigar Məmmədova
0 comments

Minecraft-un ekran versiyası gözlənilməz uğurla nəticələndi. 4 aprel 2025-ci ildə premyerası keçirilən film ilk həftəsonunda dünya üzrə 301 milyon dollar, o cümlədən ABŞ-da 157 milyon dollar gəlir əldə etdi. Bu, videooyunlar əsasında çəkilmiş filmlər arasında tarixi rekord sayılır. Əvvəlki rekord The Super Mario Bros. Movie-yə məxsus idi (146,4 milyon dollar ABŞ-da).

Jack Black, Jason Momoa və Jennifer Coolidge kimi ulduz aktyorların yer aldığı Warner Bros. və Legendary Pictures istehsalı olan film tənqidçilərin və tamaşaçıların gözləntilərini üstələdi. Hal-hazırda Minecraft, ABŞ-da 2025-ci ilin ən çox gəlir gətirən ikinci filmi olub, yalnız Captain America: Brave New World filminə uduzur. Ancaq bu fərqin tezliklə bağlanacağı proqnozlaşdırılır.

Oyun əsasında çəkilən 10 ən uğurlu film:

  1. The Super Mario Bros. Movie (2023) – 1,3 milyard dollardan çox. Baş rollarda: Chris Pratt, Anya Taylor-Joy, Charlie Day, Jack Black
  2. Sonic the Hedgehog 3 (2024) – 462 milyon dollar. Rollarda: Keanu Reeves, Ben Schwartz, Jim Carrey
  3. Detective Pikachu (2019) – 449 milyon dollar. Ryan Reynolds-un səs verdiyi emosional və maraqlı Pikachu
  4. Rampage (2018) – 428 milyon dollar. Dwayne Johnson və nəhəng canavarlarla döyüş
  5. Uncharted (2022) – təxminən 400 milyon dollar. Tom Holland və Mark Wahlberg-in macəra filmi
  6. Sonic the Hedgehog 2 (2022) – 400 milyon dollar. İlk filmdən sonra daha da uğurlu davam
  7. The Angry Birds Movie (2016) – yumor və ulduz aktyor heyəti ilə ailəvi hit
  8. Resident Evil: The Final Chapter (2016) – Milla Jovovich-in yer aldığı franşizanın son hissəsi
  9. Sonic the Hedgehog (2020) – seriyanın başlanğıcı olan bu film dərhal davam seriyası ilə təqdir olunmuşdu
  10. Mortal Kombat (2021) – HBO-nun ən iri premyeralarından biri. Davam filmi – Mortal Kombat 2 – 2025-ci ilin oktyabrında çıxacaq.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın