PlayStation Konserti səbəbsiz ləğv edildi, Sony pul qaytarır

by Nigar Məmmədova
0 comments

2024-cü ilin sonunda elan edilən və dünyanın 200-dən çox şəhərini əhatə etməli olan PlayStation Konsert Turu gözlənilmədən tamamilə ləğv edilib. İlk konsertin 19 aprel 2025-ci ildə Dublində keçirilməsi planlaşdırılırdı, lakin Reddit istifadəçiləri artıq Avropa ölkələrindən – o cümlədən Danimarka, Almaniya, İsveç, İtaliya, Polşa və Avstriyadan biletlərin ləğvi haqqında bildirişlər aldıqlarını yazırlar.

Heç bir izah verilməyib

Sony və tədbirin təşkilatçıları RoadCo Entertainment və GEA Live bu qərarla bağlı rəsmi açıqlama verməyiblər. Bilet satış platformaları isə müştərilərə geri qaytarma forması göndərərək, sadəcə tədbirin keçirilməyəcəyini bildiriblər.

Nə gözlənilirdi?

Konsertin konsepsiyası olduqca ambisiyalı idi:

  • Canlı orkestr ifası,
  • Rəqəmsal vizuallar və səhnə effekti,
  • Məşhur oyunlardan soundtracklərGod of War, Ghost of Tsushima, Bloodborne, Journey, Astro Bot və digərləri.

Bu tədbir PlayStation dünyasının musiqili təntənəsi kimi təqdim olunmuşdu və oyunsevərlər arasında böyük maraq doğurmuşdu.

İndi isə fanatlar həm ləğvin səbəbi, həm də bu turla bağlı gələcək planların olub-olmaması ilə maraqlanırlar. Hələlik isə bütün bilet sahiblərinə tam geri ödəniş vəd olunub.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın