MOUZ peşəkar VALORANT səhnəsini tərk etdi

by Nigar Məmmədova
0 comments

Almaniyanın kiberidman təşkilatı MOUZ, peşəkar VALORANT səhnəsindən ayrıldığını elan etdi. Bu barədə məlumat klubun rəsmi sosial şəbəkə hesablarında paylaşılıb.

Komandanın bəyanatında qeyd olunur ki, VALORANT Champions Tour (VCT)-un hazırkı strukturu MOUZ-un uzunmüddətli ambisiyalarına cavab vermir və klub mövcud ekosistemdə özü üçün gələcək görmür.

MOUZ 2022-ci ilin fevral ayından bəri VALORANT səhnəsində təmsil olunurdu. Bu müddət ərzində komanda iki dəfə VALORANT Challengers DACH liqasının qalibi olmağı bacarıb. Təşkilat bu intizam üzrə ümumilikdə 61 min dollar mükafat fondu qazanıb.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın