Riot Games təşkilatçılığı ilə keçiriləcək LCK Road to MSI 2025 mini-turnirinin məkanı açıqlanıb. League of Legends üzrə bu önəmli tədbir Koreyanın Pusan şəhərində yerləşən Sajik Indoor Gymnasium arenasında baş tutacaq.
Sözügedən arena 2023-cü ildəki Worlds pley-off mərhələsinə ev sahibliyi etməklə yanaşı, Koreyanın peşəkar basketbol komandası Busan KT Sonicboom-un da doğma meydanı kimi tanınır. Turnir 7–15 iyun tarixlərində keçiriləcək və burada LCK liqasının ən güclü 6 komandası mübarizə aparacaq.
Yarışın nəticələrinə görə, finala yüksələcək iki komanda birbaşa olaraq Kanadanın Vankuver şəhərində baş tutacaq MSI 2025-ə və Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində təşkil olunacaq Esports World Cup 2025 turnirinə vəsiqə qazanacaqlar.
Qeyd edək ki, Red Bull və Riot Games arasında olan əməkdaşlıq uzadılıb – enerji içkisi brendi League of Legends üzrə Avropa Çempionatı ilə tərəfdaşlığını daha iki il müddətinə davam etdirəcək.