VALORANT Champions Tour 2025: EMEA Stage 2 turnirində Kirill “ANGE1” Karasyovun komandası NAVI, GIANTX qarşısında məğlubiyyətlə üzləşib. Görüş 1:2 hesabı ilə rəqibin xeyrinə başa çatıb.
NAVI mübarizəni turnirin aşağı setkasında davam etdirəcək. Onların növbəti rəqibi Team Vitality olacaq. Bu qarşılaşma iki gün sonra axşam keçiriləcək.
Turnir Berlində baş tutur — ümumilikdə 12 komanda 250 min dollarlıq mükafat fondu və VALORANT Champions 2025-ə iki vəsiqə uğrunda yarışır.