3
Blizzard Entertainment Overwatch 2 üçün yeni yeniləmə yayımlayıb və DirectX 12 dəstəyi əlavə edib. Bu barədə məlumat oyunun rəsmi saytında paylaşılıb.
Lakin DirectX 12 hələlik beta mərhələsindədir, bu səbəbdən oyunçular qısa müddətli performans problemləri ilə qarşılaşa bilərlər. Blizzard vurğulayıb ki, DirectX 11 əsas qrafik API olaraq qalacaq və gələcəkdə də tam dəstək alacaq.