Overwatch 2-ni “Talon” təşkilatı ələ keçirdi – miqyaslı tədbirin anonsu

by Nigar Məmmədova
0 comments

Blizzard şirkəti Overwatch 2-də elan olunmamış yeni bir tədbir üçün gözlənilməz marketinq kampaniyasına başlayıb. Məlumata görə, “Talon” terror təşkilatı oyunun rəsmi resursları üzərində nəzarəti guya ələ keçirib.

Oyunun Instagram, Facebook və X (keçmiş Twitter) hesablarındakı loqotiplər “Talon” simvolları ilə əvəzlənib. Oyunun ana menyusunda, matç axtarışı bölməsində və hətta Battle.net proqramında Overwatch loqotipləri narıncı rəngdən bədniyyətli qırmızı rəngə çevrilib. X platformasındakı səhifəyə isə belə bir yazı əlavə edilib: “Talon bu kanalın idarəçiliyini ələ keçirdi. Tarixi dəyişmək gücü yalnız bizdədir“.

Overwatch 2-ni "Talon" təşkilatı ələ keçirdi – miqyaslı tədbirin anonsu

Hadisələrin mərkəzində 20-ci mövsümün “Damage” (Zərər vuran) sinfinə aid yeni qəhrəmanı Vendetta dayanır.

Diqqət çəkən digər bir məqam isə “Reign of Talon” ifadəsidir. Ehtimal olunur ki, bu, 10 fevralda başlaması gözlənilən 21-ci mövsümün adıdır. Blizzard-ın gələn həftə daha çox detal açıqlayacağı gözlənilir.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın