BLAST Open Fall 2025 CS2 turniri təşkilatçıları paiN Gaming-in yerini Imperial Esports ilə əvəzlədiklərini açıqlayıb. Komanda Valve qaydalarını pozduğu üçün slotunu itirib.
Valve reqlamentinə əsasən, komandalar turnirdə iştirakdan imtina etdikdə VRS reytinq dəvəti hüququnu itirirlər. paiN Gaming əvvəlcə Cənubi Amerika kvalifikasiyasında oynamaq təklifini rədd edib. Bu addım komandanın çempionata birbaşa slotla belə qatılmasına mane olub.
Beləliklə, dəvət Cənubi Amerika seçmələrinin qalibi Legacy-yə keçib. Imperial Esports isə regional kvalifikasiyada ikinci yer tutaraq BLAST Open Fall 2025-ə vəsiqə qazanıb.
$400 min mükafat fondu olan BLAST Open Fall 2025 iki həftəyə başlayacaq. Onlayn mərhələdə 6 komanda seçiləcək və London LAN-finalında mübarizə aparacaq.
BLAST Open Fall 2025 iştirakçı siyahısı:
- Team Vitality
- MOUZ
- Team Spirit
- FaZe Clan
- Natus Vincere
- FURIA Esports
- G2 Esports
- GamerLegion
- Heroic
- Virtus.pro
- Legacy
- Team Liquid
- ECSTATIC
- M80
- Imperial Esports
- FlyQuest