PGC 2024: Format, Məkan və Mükafat Fondu Açıqlanıb

by Elnur Qəhrəmanov
0 comments

PUBG: BATTLEGROUNDS-un tərtibatçıları ilin əsas tədbiri olan PUBG Global Championship 2024 (PGC 2024) turnirinin keçiriləcəyi məkan, format və mükafat fondu barədə məlumat yayıb.

Turnir 9-22 dekabr tarixlərində Malayziyanın Kuala-Lumpur şəhərində Tropicana Gardens Mall Convention Center-də baş tutacaq. Tədbirin ilkin mükafat fondu 1,5 milyon ABŞ dollarıdır, bu məbləğ Pick’em Challenge kampaniyası vasitəsilə toplanacaq əlavə vəsaitlə daha da artırılacaq.

Turnirin Formatı:

PGC 2024 turniri bir neçə mərhələyə (Circuit) bölünəcək:

  1. Birinci Mərhələ: İlk mərhələdə PGC xalları əsasında turnirə vəsiqə qazanan 15 komanda və Malayziyadan bir yerli komanda mübarizəyə qoşulacaq. Onların arasından seçilən 12 güclü komanda növbəti mərhələyə yüksələcək.
  2. İkinci Mərhələ: İkinci gündə bu komandalarla yanaşı PGS reytinqində 5-8-ci yerləri tutan kollektivlər də iştirak edəcək. Buradan da ən yaxşı 12 komanda üçüncü mərhələyə keçəcək.
  3. Üçüncü Mərhələ: Bu mərhələdə isə PGS reytinqində ilk 4 yeri tutan komandalar yarışa qoşulacaq.

Circuit mərhələləri eyni formada Circuit 2 və Circuit 3 adlanan növbəti dövrlərdə davam edəcək. Üç dövrün nəticələrinə əsasən ən çox xal toplayan 16 komanda böyük finala vəsiqə qazanacaq.

Qrand Final və “Smash Rule”:

Qrand final mərhələsində “Smash Rule” qaydası tətbiq olunacaq. Bu qaydaya əsasən, komanda əvvəlcə müəyyən edilmiş xal həddinə çatmalı və daha sonra bir oyunu qazanmalıdır. Final mərhələsi, bu şərtlərə cavab verən və yetərli xal toplayaraq qalib olan ilk komandaya qədər davam edəcək.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın