PGL Astana 2025-də azarkeşlərə plakatlarla giriş qadağan edildi

by Nigar Məmmədova
0 comments

Qazaxıstanın Astana şəhərində keçirilən PGL Astana 2025 üzrə Counter-Strike 2 turnirində azarkeşlərə plakatlarla içəri daxil olmaq qadağan olunub. Bu barədə ölkənin Daxili İşlər Nazirliyi qərar qəbul edib.

Plakatlar girişdə müsadirə edildi

16 may tarixində “Barys Arena”-ya gələn bir çox azarkeşlər şəxsi hazırladıqları plakatlarla qarşılaşmaları izləməyə gəlsələr də, girişdə bu plakatlar onlardan alınıb. Azarkeşlər sosial şəbəkələrdə narazılıqlarını ifadə ediblər. Qərar təxribat xarakterli situasiyaların qarşısını almaq məqsədi ilə verilib.

Bənzər qərarlar daha əvvəl ESL tərəfindən təşkil olunan turnirlərdə də tətbiq olunmuşdu.

Çeyrekfinal mərhələsi start götürdü

Xəbər yayıldığı anda artıq çeyrekfinal oyunları başlamışdı. İlk qarşılaşma “Aurora Gaming” və “TheMongolZ” komandaları arasında keçirilir. Matç best-of-3 formatındadır və Moskva vaxtı ilə saat 08:00-da start götürüb.

Bu mərhələnin qalibi yarımfinala yüksələcək, uduzan komanda isə turniri 5-8-ci pillədə tərk edəcək və $31,250 mükafat alacaq.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın