NAVI PGL Astana 2025 turnirində məğlub oldu və mübarizəni dayandırdı

by Nigar Məmmədova
0 comments

CS2 üzrə PGL Astana 2025 turnirində gərgin çeyrekfinal qarşılaşmasında NAVI komandası Astralis qarşısında məğlubiyyətə uğrayaraq yarışla vidalaşdı. Matç üç xəritəlik mübarizədən sonra 1:2 hesabı ilə Astralis-in xeyrinə başa çatdı.

Qarşılaşmanın nəticələri:

  • Nuke: 13:16 (Astralis qələbə)
  • Mirage: 13:8 (NAVI qələbə)
  • Ancient: 6:13 (Astralis qələbə)

NAVI üçün erkən vidalaşma və Astralis-in yarımfinal bileti

Bu nəticə ilə NAVI turnirdə 5-8-ci yerlər arasında qərarlaşdı və $31,200 mükafat qazandı. Astralis isə yarımfinala yüksələrək 17 may tarixində “Aurora” komandası ilə qarşılaşacaq.

Turnirin detalları

PGL Astana 2025 turniri 10-18 may tarixlərində Qazaxıstanın Astana şəhərində LAN formatında keçirilir. Yarışda 16 komanda 1,25 milyon dollar ümumi mükafat fondu uğrunda mübarizə aparır.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın