3
PUBG: BATTLEGROUNDS oyununun yaradıcıları PUBG Global Series 7 və 8 turnirlərini izləyənlərə xüsusi mükafatlar — Twitch Drops təqdim olunacağını açıqlayıblar. Bu barədə məlumat PUBG Esports-un rəsmi saytında yayımlanıb.
İzləyicilər 2–4 may tarixlərində keçiriləcək PGS 7 və 16–18 mayda baş tutacaq PGS 8 turnirlərinə baxaraq müxtəlif eksklüziv əşyalar əldə edə biləcəklər. Qazanıla biləcək drop-lar arasında unikal qrafiti, emblem və adlıq lövhə (nametag) yer alır.
Drop əldə etmək istəyən oyunçuların aşağıdakı addımları izləməsi vacibdir:
- KRAFTON ID hesabınızı Twitch və ya CHZZK platformalarına bağlayın;
- Yalnız rəsmi yayım və ya təsdiqlənmiş tərəfdaş kanallar vasitəsilə canlı izləyin;
- İzləmə müddətindən asılı olaraq mükafatlar hesabınıza əlavə olunacaq.
Bu fürsət yalnız göstərilən tarixlərdə aktiv olacaq və yalnız uyğunlaşdırılmış hesablara təqdim ediləcək. Odur ki, izləməzdən əvvəl hesabların bağlı olduğuna əmin olun.