56
PUBG: BATTLEGROUNDS-un inkişaf etdiriciləri gələn ay Malayziyada keçiriləcək PUBG Global Championship 2024 turniri üçün qısa treyler təqdim ediblər.
PUBG Global Championship 2024 dekabrın 9-dan 22-dək Malayziyanın Kuala-Lumpur şəhərindəki Tropicana Gardens Mall Convention Center-də keçiriləcək. Turnirin ilkin mükafat fondu 1,5 milyon ABŞ dolları təşkil edir. Bu məbləğ Pick’em Challenge vasitəsilə toplanan kütləvi maliyyə dəstəyi ilə artırılacaq.