PUBG MOBILE: Bir həftədə 300 mindən çox hesab çitlərə görə banlandı

by Elnur Qəhrəmanov
0 comments

Məşhur mobil oyun PUBG MOBILE-in tərtibatçıları, 14-20 fevral 2025-ci il tarixləri arasında çit istifadə edən 325 min hesabı və demək olar ki, 12 min cihazı banlayıblar.

Ən çox yayılmış çitlər – avto-hədəfləmə

Hesabların böyük bir qismi avto-hədəfləmə (auto-aim) kimi çitlərə görə banlanıb. Çit istifadə edən oyunçuların əksəriyyəti “Bronza” rütbəsində olublar – bu göstərici 69% təşkil edir.

Bir həftə ərzində çit növlərinə görə banların paylanması:

  • Avto-hədəfləmə: 13%
  • Rentgen görmə (Wallhack): 9%
  • Zərbə sahəsinin modifikasiyası: 5%
  • Sürət çiti: 4%
  • Digər səbəblər: 69%

Çitlərə qarşı mübarizə güclənir

Oyun tərtibatçıları çitlərin qarşısını almaq üçün daim yeniləmələr və təhlükəsizlik tədbirləri həyata keçirirlər. PUBG MOBILE komandası, oyunçuların ədalətli və rəqabətcil mühitdə oyun təcrübəsi əldə etmələrini təmin etmək məqsədilə çitlərə qarşı ciddi mübarizəni davam etdirir.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın