PUBG Mobile USC Universiteti ilə əməkdaşlığa başladı

by Nigar Məmmədova
0 comments

PUBG Mobile tərtibatçıları Cənubi Kaliforniya Universitetinin (USC) USC Games proqramı ilə strateji tərəfdaşlıq barədə razılığa gəliblər. Bu barədə tərəflər sosial media hesablarında məlumat paylaşıblar.

Əməkdaşlıq çərçivəsində World of Wonder (WOW) platforması “Games as a Service və Live Operations” adlı USC kursunda tədris vasitəsi kimi istifadə olunacaq. Proqram 2026-cı ildən başlayacaq. Məqsəd — tələbələrə öz yaradıcılıq ideyalarını gerçəkləşdirmək imkanı verməkdir. Bununla yanaşı, tələbələr PUBG Mobile oyunçularından birbaşa geribildirimlər alacaqlar.

Kursda fərqlənən tələbələrə yay təcrübə proqramı üçün müsahibə imkanı veriləcək. Bu təşəbbüs növbəti nəsil oyun inkişaf etdiricilərini sənayeyə cəlb etməyi hədəfləyir.

PUBG Mobile World of Wonder — oyunçulara öz xəritələrini və oyun rejimlərini yaratmaq və onları icma ilə bölüşmək imkanı verən yaradıcı rejimdir. Layihə hazırda dünyanın 50-dən çox universiteti ilə əməkdaşlıq edir və tələbələrə oyun sənayesinə giriş üçün praktiki biliklər qazandırır.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın