PUBG Mobile və Mobile Legends üzrə Esports World Cup 2025-in formatı və dəvət sistemi açıqlanıb

by Nigar Məmmədova
0 comments

Esports World Cup 2025 turniri çərçivəsində keçiriləcək PUBG Mobile World Cup və Mobile Legends: Bang Bang üzrə yarışların formatı, iştirakçı siyahısı və mükafat fondu təqdim edilib. Turnir bu yay 7 iyul – 25 avqust tarixlərində Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində baş tutacaq.

PUBG Mobile World Cup 2025

Turnirin ümumi mükafat fondu 3 milyon ABŞ dolları təşkil edəcək. Yarışda 24 komanda iştirak edəcək və onlar aşağıdakı şəkildə seçiləcək:

  • 1-ci mövsümün Avropa reytinqində ilk 3 yeri tutan komandalar
  • 1-ci mövsümün Amerika reytinqindən Top-3 komanda
  • Mərkəzi və Şərqi Asiya bölgəsinin ilk 3 komandası
  • Yaxın Şərq bölgəsinin ilk 3 komandası
  • 2-ci mövsümün Cənub-Şərqi Asiya reytinqində ilk 3 komanda
  • Wildcard turnirindən 1 Cənub-Şərqi Asiya komandası
  • Pro Series Korea turnirinin qalibi
  • Yaponiya liqasının çempionu
  • Rivals Cup – Japan vs Korea yarışının qalibi
  • PUBG Mobile Global Open 2025 (Daşkənd, Özbəkistan) turnirinin qalibi
  • Çin üzrə Peacekeeper Elite League 2025 turnirindən ilk 2 yer
  • Saudi eLeague x PMNC KSA 2025 – Major 1 turnirinin qalibi
  • Təşkilatçıların xüsusi dəvəti ilə seçilən 1 komanda

Yarış 3 mərhələdə keçiriləcək:

  1. Group Stage – Buradan ilk 8 komanda birbaşa Grand Finala vəsiqə qazanacaq.
  2. Qalan 16 komanda Survival Stage mərhələsində mübarizəni davam etdirəcək.
  3. Survival Stage-dən də ilk 8 komanda Grand Final-a yüksələcək.

Mobile Legends: Bang Bang turniri

Bu turnirdə də 24 komanda iştirak edəcək. Əsas mərhələdə aşağıdakı komandalar yer alacaq:

  • İndoneziya liqasının ilk 2 komandası (bu liqada NAVI-nin MLBB komandası da var)
  • Filippin liqasının 2 ən güclü komandası
  • Malayziya liqasından 2 komanda
  • Aşağıdakı bölgələrin hər birindən 1 komanda:
    • Kamboca
    • Çin
    • Şərqi Avropa və Mərkəzi Asiya
    • Yaxın Şərq
    • Latın Amerikası
    • Myanmar
    • Şimali Amerika
    • Sinqapur

Wildcard mərhələsində isə bu bölgələrdən hər birindən 1 komanda mübarizə aparacaq:

  • Monqolustan
  • Vyetnam
  • Mekonq bölgəsi
  • Yaxın Şərq
  • Latın Amerikası
  • Yaponiya
  • Şərqi Avropa və Mərkəzi Asiya
  • Çin

Wildcard mərhələsinin yalnız bir qalibi əsas mərhələyə yüksələcək.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın