PUBG üçün 35.1 yeniləməsi təqdim olundu: Aim Punch və yeni reqlamentlər

by Nigar Məmmədova
0 comments

PUBG: BATTLEGROUNDS oyununun tərtibatçıları 35.1 nömrəli yeni yeniləmə üçün treyler yayımlayıblar. Videoçarxda oyuna daxil ediləcək əsas yeniliklər ətraflı izah olunub.

Yeniləmədə nələr var?

  • Aim Punch funksiyası artıq rəsmi şəkildə oyuna əlavə edilir. Bu mexanika əvvəlcə Gunplay Labs rejimində test edilirdi. Məqsəd — atışma zamanı güllə ilə zərbə alan oyunçunun nişangahının qeyri-stabil hala gəlməsi və reallığın artırılmasıdır.
  • İndi dirilmə sistemi (revive) bütün xəritələrdə aktiv olacaq. Əvvəllər bu sistem yalnız bəzi xüsusi xəritələrdə mövcud idi.

Daha geniş məlumat üçün PUBG-nin rəsmi saytına müraciət etmək olar.

Çıxış tarixləri

  • PC versiyası üçün yeniləmə 9 aprel tarixində yayımlanacaq.
  • Konsol oyunçuları isə 17 aprel tarixində bu yeniliklərdən yararlana biləcəklər.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın