Ubisoft oyunçuları gözlənilməz tərəfdaşlıqlarla təəccübləndirməyə davam edir. Dünən The Division 2 oyununda Payday temalı tədbirin keçiriləcəyi məlum oldu, bu gün isə şirkət daha bir kollaborasiyanı açıqlayıb.
15 iyul tarixindən etibarən çoxnəfərlik şuter oyunu Rainbow Six Siege X ilə məşhur Borderlands franşizası arasında əməkdaşlıq başlayacaq.
Hazırda təfərrüatlar az olsa da, tərtibatçılar mövzuya uyğun kosmetik əşyaların təqdim olunacağını bildiriblər. Bu əməkdaşlığın, çox güman ki, 12 sentyabrda çıxacaq Borderlands 4 oyununun təqdimatına həsr olunduğu ehtimal edilir.