Riot Games “League of Legends” üzrə Worlds 2025 dünya çempionatına həsr olunmuş musiqi klipinin çıxış tarixini dəyişib.
Bu barədə məlumat şirkətin sosial media hesablarında paylaşılıb. Yeni premyera tarixi 13 oktyabr olaraq təyin edilib. Riot Games nümayəndələrinin sözlərinə görə, dəyişiklik qərarı klipdə Qabriel “BWIPO” Raunun iştirakına görə verilib — o, videoda Şimali Amerikanı təmsil edirdi.
Lakin onun səhnələri qalmaqal səbəbindən tamamilə kəsilib. Rau daha əvvəl qadın oyunçulara “aybaşı zamanı oynamamağı” tövsiyə edib, bu da sosial şəbəkələrdə ciddi tənqidə səbəb olub. Sonradan o, üzr istəsə də, çox gec idi — FlyQuest komandası onu heyətdən çıxarıb, Riot isə klipdən uzaqlaşdırıb. Nəticədə, klipdə Şimali Amerika regionu ümumiyyətlə yer almayacaq. Şirkət bunu “icmanın qlobal səviyyədə rəyini təmsil edən qərar” adlandırıb.
Worlds 2025 14 oktyabr – 9 noyabr tarixlərində keçiriləcək. Turnirdə 17 komanda iştirak edəcək — onların arasında T1, Gen.G Esports, G2 Esports, PSG Talon və başqaları var.
Çempionatın himnini isə çinli müğənni G.E.M. (Gloria Tang Tsz-kei) ifa edəcək.