Riot Games məşhur taktiki atıcının mobil versiyasını təqdim edib — Valorant Mobile yalnız Çin bazarı üçün reliz olunub. Buraxılışa xüsusi olaraq bbno$ tərəfindən ifa edilən Bring it All mahnısı ilə müşayiət olunan kinematoqrafik treyler də hazırlanıb.
Mobil versiya zəngin başlanğıc kontenti ilə fərqlənir: 18 oyunçu agenti, PC versiyasındakı 7 klassik xəritə və 10 müxtəlif oyun rejimi. Bundan başqa, iki yeni Deathmatch xəritəsi, təkrar izləmə sistemi və xüsusi anti-cheat də əlavə olunub.
Riot Games və Tencent mobil Valorant üçün kiberidman səhnəsinə güclü dəstək planlaşdırır. Şirkətlər bu sahənin inkişafına 200 milyon dollar sərmayə yatıracaqlar. İlk turnirlər isə artıq bu payızda başlayacaq.