Riot Games və Fortiche studiyası League of Legends oyununun 2025-ci il üçün ilk mövsümünə aid treylerini təqdim edib.
Treylerdə bütün səhnələr oyunun rəsmi kanonuna uyğundur. Videoda Melin öz vətəninə qayıdışını və Le Blancın yeni obrazını görmək mümkündür. Le Blanc, “Arcane” serialının hadisələrinə və “Qara gül” təşkilatının roluna istinad edir.
League of Legends-də Yeni Mövsüm Modeli
2025-ci ildən başlayaraq League of Legends yeni mövsüm modelinə keçir. Hər il üç mövsüm olacaq və hər biri müəyyən bir tematikaya həsr olunacaq. 2025-ci ilin ilk mövsümü Noxus mövzusuna fokuslanıb.
“Arcane” Serialının Uğuru
“Arcane” serialının ikinci mövsümü 9 noyabrda başlayıb və 23 noyabrda başa çatıb. Süjet, Zaun və Piltover bölgələrinin qarşıdurmasını davam etdirib. Döyüşlər daha sərt və möhtəşəm səviyyəyə yüksəlib, əsas qəhrəmanların hekayələri isə sona çatıb.