Riot Games “VCT EMEA Clash 2026” turnirinin formatını açıqlayıb

by Nigar Məmmədova
0 comments

Riot Games VALORANT üzrə mövsüm ortasında keçiriləcək yeni VCT EMEA Clash 2026 turnirinin formatı ilə bağlı təfərrüatları paylaşıb. Bu, VCT və regional liqa komandalarının üz-üzə gələcəyi ilk rəsmi yarış olacaq.

Turnir 19-25 fevral tarixlərində baş tutacaq. Yarışda 12 komanda iştirak edəcək: bunlardan 6-sı VCT EMEA liqasını, digər 6-sı isə Challengers EMEA regional liqalarını təmsil edəcək.

Turnirdə “Alpha/Omega” mövzusundan ilhamlanan, bir-biri ilə əlaqəli iki paralel “double-elimination” (ikiqat məğlubiyyət) səbət sistemi tətbiq olunacaq. Belə ki, “Alpha” qrupunun yuxarı səbətində məğlub olan komanda “Omega” qrupunun aşağı səbətinə düşəcək. Eyni qayda ilə, “Omega” qrupunun yuxarı səbətindəki məğlubiyyət komandanı “Alpha” qrupunun aşağı səbətinə göndərəcək.

VCT EMEA Clash 2026

İştirakçıların bölgüsü:

  • VCT EMEA Kickoff-un ən yaxşı 4 komandası (Masters turnirinə vəsiqə qazanmayanlar) birbaşa ikinci raunda vəsiqə qazanacaq.
  • Qalan 8 komanda (2 VCT və 6 Challengers təmsilçisi) təsadüfi şəkildə qruplara bölünəcək, lakin VCT komandalarının fərqli səbətlərə düşməsinə zəmanət veriləcək.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın