Bütün dörd regionda (Americas, EMEA, Pacific və China) Kickoff turnirləri başa çatdıqdan sonra Riot Games VALORANT üzrə VCT Stage 1 2026 mərhələsinin qrup tərkiblərini müəyyən edib. Hər regionda komandalar iki qrupa bölünüblər.
Regionlar üzrə qrup tərkibləri:
EMEA Bu regionda güclü komandaların toplandığı “Omega” qrupu xüsusilə diqqət çəkir:
- Alpha Qrupu: Gentle Mates, Team Liquid, NAVI, Team Heretics, Karmine Corp və FUT Esports.
- Omega Qrupu: BBL Esports, Fnatic, Team Vitality, GIANTX, ULF Esports və PCIFIC Esports.
Americas Amerika regionunda qüvvələr nisbətən bərabər paylanıb. “Omega” qrupunda Masters Santiago-nun iki iştirakçısı — FURIA və NRG yer alıb:
- Alpha Qrupu: G2 Esports, MIBR, Cloud9, Leviatán, ENVY, LOUD.
- Omega Qrupu: FURIA, NRG, 100 Thieves, Evil Geniuses, Sentinels, KRÜ Esports.
Pacific Sakit okean regionunun “Alpha” qrupu DRX, Gen.G, Paper Rex və Nongshim RedForce kimi iddialı komandaların iştirakı ilə “ölüm qrupu” kimi qiymətləndirilir:
- Alpha Qrupu: Nongshim RedForce, Paper Rex, DRX, Global Esports, Gen.G, Team Secret.
- Omega Qrupu: T1, RRQ, DetonatioN FocusMe, FULL SENSE, ZETA DIVISION, VARREL.
China Çin regionunda komandaların bölgüsü kifayət qədər balanslı alınıb:
- Alpha Qrupu: All Gamers, TYLOO, JD Gaming, Titan Esports Club, FunPlus Phoenix, Bilibili Gaming.
- Omega Qrupu: Xi Lai Gaming, EDward Gaming, Dragon Ranger Gaming, Trace Esports, Wolves Esports, Nova Esports.
Turnir formatı və vəsiqələr: Bütün beynəlxalq liqalarda VCT 2026-nın birinci mərhələsi aprel ayında, Masters Santiago başa çatdıqdan sonra başlayacaq. Hər qrupdan ən yaxşı 4 komanda pley-off mərhələsinə yüksələcək. Hər regionun ilk 3 yerini tutan kollektivlər isə Masters London turnirinə vəsiqə qazanacaqlar.