Riot Games, VALORANT üzrə VCT 2026 mövsümünün tam təqvimini və formatını açıqlayıb. Gələn ilki mövsümdə 2025-ci illə müqayisədə seriyaların sayı iki dəfə çox olacaq.
Kickoff 2026 turnirində ilk dəfə üçqat uduşlu (triple elimination) yeni setka formatı tətbiq ediləcək. Hər liqada Champions 2025-in dörd ən yaxşı komandası birbaşa ikinci raunda start verəcək. Oradan isə hər liqadan ən güclü üç komanda Kickoff nəticəsində Masters Santiago mərhələsinə vəsiqə qazanacaq.
Stage 1 – qrup mərhələsi və Masters London
Stage 1-in qrup mərhələsində 12 komanda iştirak edəcək. Onlar iki qrupda (6+6) dairəvi sistemlə (hər kəs hər kəslə) oynayacaqlar.
- Hər qrupdan 4 komanda pley-offa yüksələcək.
- Pley-offdan isə ilk üçlük Masters London turnirinə vəsiqə qazanacaq.
Stage 2 – yeni şəhərlər və canlı yayımlar
2026-cı ildə Stage 2 pley-offu dünyanın müxtəlif şəhərlərində keçiriləcək. Hər Beynəlxalq Liqa üçün ayrı-ayrılıqda canlı arenalar və yayımlar planlaşdırılır. Riot yaxın zamanda Stage 2 pley-offunun formatı və şəhərləri barədə əlavə məlumat paylaşacaq.
Tam VCT 2026 təqvimi
- VCT Kickoff: 15 yanvar — 15 fevral
- VALORANT Masters Santiago: 28 fevral — 15 mart
- VCT Stage 1: 31 mart — 10 may
- VCT Stage 1 Playoffs: 6 — 24 may
- VALORANT Masters London: 6 — 21 iyun
- VCT Stage 2: 30 iyun — 16 avqust
- VCT Season Finals: 5 avqust — 6 sentyabr
- VALORANT Champions Shanghai: 24 sentyabr — 18 oktyabr
- VALORANT Game Changers Championship: oktyabr/noyabr
2025-ci ildə olduğu kimi, VCT komandaları mövsüm ərzində qazanılan hər nəticəyə görə “çempionluq xalları” (Championship Points) toplayacaqlar. Bu xallar Champions Shanghai üçün əsas seçmə mexanizm olacaq.

2026-cı il üzrə hər tədbir üçün çempionluq xallarının bölgüsü
Kickoff
- 1-ci yer: 4 xal
- 2-ci yer: 3 xal
- 3-cü yer: 2 xal
- 4-cü yer: 1 xal
Masters Santiago
- 1-ci yer: 6 xal
- 2-ci yer: 4 xal
- 3-cü yer: 3 xal
- 4-cü yer: 2 xal
- 5-ci yer: 1 xal
- 6-cı yer: 1 xal
Stage 1
- Hər qələbə üçün: 1 xal
Stage 1 Playoffs
- 1-ci yer: 6 xal
- 2-ci yer: 4 xal
- 3-cü yer: 3 xal
- 4-cü yer: 2 xal
Masters London
- 1-ci yer: 8 xal
- 2-ci yer: 6 xal
- 3-cü yer: 5 xal
- 4-cü yer: 4 xal
- 5-ci yer: 3 xal
- 6-cı yer: 3 xal
Stage 2
- Hər qələbə üçün: 1 xal
Season Finals
- 1-ci yer: 8 xal
- 2-ci yer: 6 xal
- 3-cü yer: 5 xal
- 4-cü yer: 4 xal
Bu sistem komandalara mövsüm boyu stabil nəticə göstərməklə Champions-a yüksəlmək üçün daha çox imkan verir və hər mərhələni turnir cədvəli üçün önəmli edir.