Riot Games, 2026-cı ildə keçiriləcək və VCT ilə Challengers komandalarını birləşdirəcək VALORANT EMEA Clash turnirini elan etdi. Bu çempionat, VCT-yə daxil olmayan kollektivlərə daha çox imkan yaratmaq və kiberidman səhnəsini daha açıq etmək məqsədilə yaradılıb.
Turnir 16-26 fevral tarixlərində keçiriləcək. Yarışda Challengers komandaları və Masters Santiago turnirinə vəsiqə qazana bilməyən bəzi VCT EMEA komandaları iştirak edəcək. İştirakçıların siyahısı VCT EMEA Kickoff və Kickoff üslublu Challengers turnirlərinin nəticələrinə əsasən formalaşdırılacaq.
Tədbirin formatı və mükafat fondu ilə bağlı əlavə təfərrüatlar hələ açıqlanmayıb. Qeyd edək ki, daha əvvəl Riot Games Challengers komandalarına VALORANT Champions 2026-ya vəsiqə qazanmaq üçün cəhd etmək imkanı tanımışdı.