RLCS 2025 Dünya Çempionatı: komandaların mərhələlər üzrə bölgüsü

by Nigar Məmmədova
0 comments

Turnir operatoru BLAST və oyun istehsalçısı Epic Games Rocket League-in əsas turniri olan RLCS 2025 World Championship üzrə komandaların mərhələlər üzrə bölgüsünü açıqlayıb.

Pley-in mərhələsində bu komandalar üz-üzə gələcək:

  • Ninjas in Pyjamas – TSM
  • Shopify Rebellion – vp
  • ROC Esports – FUT Esports
  • Ex-Corinthians – Gen.G Mobile

Bütün ilk oyunlar 10 sentyabr tarixində keçiriləcək. Pley-in mərhələsindən yalnız dörd komanda əsas mərhələyə yüksələcək.

Əsas mərhələyə vəsiqə qazanmış komandalar:

  • Qrup A: Karmine Corp, The Ultimates, Geekay Esports, Dignitas, WildCard Gaming, FURIA
  • Qrup B: Team Falcons, Team Vitality, Spacestation, NRG, Team Secret, Twisted Minds

RLCS 2025 Dünya Çempionatı 10–14 sentyabr tarixlərində Fransanın Paris şəhərindəki LDLC Arenada keçiriləcək. Turnirin mükafat fondu 1,2 milyon dollar təşkil edəcək.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın