“s1mple”ın IEM Dallas 2025 turnirində FaZe Clan heyətindəki debüt necə keçdi 

by Nigar Məmmədova
0 comments

1xBet bettinq platformasının ekspertləri “s1mple”ın FaZe Clan heyətindəki debütünü klassik bədii süjet formatında təhlil edirlər. 

Başlanğıc: “s1mple”ın icarəyə götürülməsi 

Əfsanəvi Oleksandr “s1mple” Kostyljev 2023‑cü ilin sonunda NAVI komandasında inaktiv rejimə keçdi və uzun müddət heç kim onun böyük səhnəyə qayıdıb-qayıtmayacağını bilmirdi. Lakin 2024‑cü ildə keçirilən iki meycor finalında ardıcıl məğlubiyyətlərdən sonra FaZe Clan rəhbərliyi qərara gəldi ki, BLAST.tv Austin Major 2025 turnirində kubok uğrunda mübarizədə onların gizli silahı məhz “s1mple” olmalıdır. Tərəflər iki Amerika turniri üçün icarə barədə razılığa gəldilər və uzun fasilədən sonra “s1mple” IEM Dallas 2025 turnirində FaZe Clan heyətində debüt etdi. Bu turnirin sponsorlarından biri isə beynəlxalq brend 1xBet-dir. 

İnkişaf: FaZe Clan – Team Liquid (10:13, 10:13), “s1mple” – 1,12 

Uzun fasilədən sonra “s1mple”ın ilk oyunu rekord sayda izləyici cəlb etdi. 800,000‑dən çox Counter-Strike azarkeşi FaZe Clan ilə Team Liquid arasındakı matçın yayımına yox, məhz “s1mple”ın oyununa baxmaq üçün qoşulmuşdu. 

Və bu auditoriya tamamilə məmnun qaldı – Oleksandr Kostyljev bir neçə parlaq epizoda imza atdı, o cümlədən pistolet raundunda kvadrakil və ikinci xəritənin sonunda möhtəşəm 1‑ə‑1 klaç. Nəticədə FaZe Clan məğlub oldu, lakin “s1mple” 38-31 KD statistikası və 1,12 reytinqlə komandanın ən yaxşı oyunçusu oldu. 

“s1mple”-in cari forması ilk sınaqdan uğurla çıxdı, lakin oyunda qalmaq üçün komanda növbəti matçı mütləq qazanmalı idi.

Kulminasiya: FaZe Clan – BC.Game (13:10, 13:4), “s1mple” – 1,63

Məğlubiyyətdən sonra FaZe Clan öz qrupunun aşağı setkasına düşdü və qlobal Top‑50‑yə belə daxil olmayan BC.Game ilə qarşılaşmalı oldu. Team Liquid ilə ağır oyundan sonra bu matç “s1mple” üçün təmiz hava qurtumu oldu. O, qarşılaşmanı möhtəşəm keçirdi və sevimli AWP silahı ilə ard-arda multikill epizodları sərgilədi – nəticədə onun 39 fraqından 25‑i (yəni 2/3 hissəsi) məhz snayper uğurlarına təsadüf etdi!

İkinci xəritə Anubis ümumiyyətlə, oyunçunun karyerasındakı ən yaxşı göstərici ilə yadda qaldı: KD 21/6, reytinq 2.23! Nəticədə “s1mple” 1xBet tərəfdaşlığı ilə HLTV tərəfindən haqlı olaraq matçın ən yaxşı oyunçusu seçildi – ümumi statistikası KD 39-16 (+23!) və reytinq 1.63 oldu. Bəs necə düşünürsən – GOAT qayıtdı?!

Nəticə: FaZe Clan – HEROIC (13:9, 7:13, 14:16), “s1mple” – 0,85

FaZe Clan-ın növbəti rəqibi daha ciddi oldu. Komandanın əsas heyətinin Team Falcons-a keçidindən sonra HEROIC-in yeni tərkibi CS2-də zirvəyə doğru yoluna yenicə başlayır. Buna baxmayaraq, ilk raundda onlar kifayət qədər güclü olan Aurora komandasını 2:1 hesabı ilə məğlub etdilər, ikinci qarşılaşmada isə Falcons-a qarşı ciddi müqavimət göstərdilər (1:2). Aşağı setkada hər bir oyun – bu, mübarizədən kənar qalmaq riskidir, ona görə də hər iki komanda maksimal döyüş əhval-ruhiyyəsi ilə meydana çıxdı.

Matç HEROIC-in seçimi olan Ancient xəritəsi ilə başladı. 35 yaşlı kapitan “karrigan”ın (reytinq 1.57) inanılmaz səyi sayəsində FaZe Clan bu xəritəni öz xeyrinə yazmağı bacardı, lakin “s1mple” açıq-aşkar komanda ritmindən geri qalırdı. 22 raund ərzində o cəmi 9 kill etdi, onların 5-i sevimli AWP ilə olsa da, ümumi göstəricisi cəmi 0.83 reytinq oldu. Anubis xəritəsində isə eyni ssenari təkrarlandı: “s1mple” yenidən komandanı daşıya bilmədi (reytinq 0.74), komanda yoldaşı EliGE isə daha da zəif oynadı (reytinq 0.52). Nəticədə HEROIC asanlıqla hesabı 1:1 etdi.

Matçın taleyi Mirage xəritəsində həll olunurdu. İlk hissə HEROIC-in üstünlüyü ilə başa çatdı (8:4), lakin ikinci yarıda FaZe Clan əvvəlcə geri dönüş etdi, daha sonra isə hesabı 12:10‑a qədər gətirib mümkün qələbəyə yaxınlaşdı. Komandaya qələbə üçün cəmi bir raundda “s1mple”ın sehrinə ehtiyac var idi.

Lakin HEROIC əvvəlcə hesabı bərabərləşdirdi, daha sonra isə əlavə raundların lotereyasımda 16:14 hesabı ilə qələbəni qoparmağı bacardı. Ukraynalı snayper həlledici anda oyunu öz üzərinə götürə bilmədi və xəritəni 0.97 reytinqlə tamamladı. Nəticədə, turnirdəki üçüncü matçda Oleksandr Kostyljev bütün göstəricilər üzrə komandanın ən zəif oyunçusu oldu, FaZe Clan isə IEM Dallas 2025 pley-offuna yüksələ bilmədən turnirdən kənar qaldı.

Epiloq: «‎Off the radar, on the mission», “s1mple” – 1,11

Bu, “s1mple”ın debütünün sonu ola bilər, amma onun FaZe Clan ilə ortaq tarixçəsinin sonu deyil. Qeyd edək ki, Dallasda komanda “rain”siz çıxış edirdi və onu müvəqqəti olaraq FURIA-dan “skullz” əvəz edirdi. Yəni əsas heyətin üç üzvü iki əvəzedici ilə oynayırdı. Üstəlik, uzun fasilədən sonra “s1mple”ın ümumi 1,11 reytinq göstərməsi heç də faciə sayılmamalıdır.

Bununla belə, Oleksandr “s1mple” Kostyljev öz məsuliyyət payını etiraf etdi və azarkeşlərdən üzr istədi: «Uşaqlar, biz Dallasdan kənar qaldıq. Nə baş verdiyini bilmirəm, amma ümumiyyətlə oyunu hiss etmirdim. Daha çox vaxta ehtiyacım var. Bağışlayın ki, sizi məyus etdim».Bundan sonra o, bölmənin başlığında yer alan sitatı paylaşdı – «Off the radar, on the mission» («Radardan kənarda, amma hədəfdəyəm») – və meycora qədər qalan bütün vaxt ərzində ciddi şəkildə məşq edəcəyinə söz verdi. 

Nəzərə alsaq ki, FaZe Clan BLAST.tv Austin Major 2025 turnirində çıxışına 7 iyun tarixində Stage 2 mərhələsindən başlayacaq, komandanın ABŞ-da keyfiyyətli bir butkamp üçün hələ iki həftəlik vaxtı var. Əgər istək və fokus yetərincə olarsa, bu müddət ərzində əsas səhvləri təhlil etmək, yeni komanda taktikalarını mənimsəmək və atış dəqiqliyi üzərində ciddi şəkildə işləmək tam mümkündür.Gəlin Oleksandr “s1mple” Kostyljevə arzu edək ki, FaZe Clan heyətindəki ikinci turniri daha uğurlu keçsin! Sevdiyiniz komandaların Counter‑Strike 2 üzrə oyunlarını BLAST.tv Austin Major 2025 turnirində 1xBet ilə birlikdə izləyin!

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın