Səs-küylü toylar və nişanlar: CS2 ulduzları yay tətilini necə keçirirlər?

by Nigar Məmmədova
0 comments

Counter-Strike 2” səhnəsində rəsmi yay fasiləsi peşəkar oyunçular və məşqçilər üçün iztirablı məşqlərdən dincəlmək və şəxsi həyatlarını qaydaya salmaq üçün mükəmməl fürsətə çevrilib. Mövsümlərarası fasilədə bir neçə tanınmış kibersportçu əfsanəvi həmkarlarının əhatəsində subaylığın daşını ataraq toy edib, bəziləri isə gələcək ailə həyatı üçün ilk ciddi addımlarını atıblar.

device rəsmən evləndi: “Astralis”in qızıl heyəti bir arada

Dünya kibersportunun ən parlaq simalarından biri, hazırda Amerikanın 100 Thieves komandasında çıxış edən danimarkalı snayper Nikolay “device” Ridts rəsmən evlənib.

Onun seçdiyi xanım Rebekka Nilsson ilə toy mərasimi 4 iyul şənbə günü baş tutub. Xatırladaq ki, cütlük 2024-cü ilin dekabrında, Nikolayın Tailandda tətil zamanı etdiyi romantik evlilik təklifindən sonra nişanlanmışdı.

Toyun ən yaddaqalan məqamlarından biri device-ın vaxtilə dünya CS səhnəsini darmadağın edən keçmiş “Astralis” komanda yoldaşlarının məclisdə iştirakı olub. Bəyin dostunu təbrik etməyə gələnlər arasında bu əfsanələr var idi:

  • Lukas “gla1ve” Rossander
  • Piter “dupreeh” Rasmussen
  • Emil “Magisk” Reyf
  • Andreas “Xyp9x” Geyslet

Qonaqlar arasında “Astralis”in hazırkı heyətindən Yakob “jabbi” Nüqor, klubun keçmiş idman direktoru Kasper Ştraube və device-ın “100 Thieves” layihəsindəki hazırkı komanda yoldaşı Uilyam “sirah” Kyersqord da diqqət çəkib.

Qısa Karyera Qeydi: device “Astralis” rəngini iki fərqli dövrdə (2016–2021 və 2022–2025) qoruyub. O, 2026-cı ilin yanvar ayında “100 Thieves” təşkilatına transfer olunmuşdu.

NertZ də ailə həyatı qurdu

Danimarkalı ulduzun ardınca, G2 Esports komandasının israilli istedadı Qay “NertZ” İluz da öz toyunu reallaşdırıb. Kibersportçunun şəxsi həyatındakı bu sevincli hadisə sosial şəbəkələrdə böyük əks-səda doğurub. Yeni evlənən cütlük və bəyin toy qonaqları şad günün rəngarəng fotolarını və təbriklərini öz şəxsi profillərində aktiv şəkildə paylaşıblar.

Məşqçi korpusunda evlilik təklifi

Virtual dünyadakı romantik marafona məşqçilər də biganə qalmayıb. FUT Esports komandasının macarıstanlı strateqi və baş məşqçisi Andraş “coolio” Ferçak hələ rəsmi olaraq evlənməsə də, bu yolda ən böyük addımı atıb. Yay tətili günlərində sevgilisinə gözlənilməz və unudulmaz evlilik təklifi edən coolio, qarşı tərəfdən arzuladığı “Bəli” cavabını alıb.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın