Sony Ghost of Yotei haqqında detalları paylaşdı və oyunun üslubunda limitli PS5 təqdim etdi

by Nigar Məmmədova
0 comments

Sony, 11 iyul gecəsi (Bakı vaxtı ilə) yalnız Ghost of Yotei oyununa həsr olunmuş xüsusi State of Play təqdimatını keçirdi. Tədbirdə oyunla bağlı ətraflı məlumat verildi və Ghost of Yotei üslubunda limitli PlayStation 5 konsolları təqdim olundu. Oyun 2 oktyabr 2025-ci ildə PlayStation 5 üçün satışa çıxacaq.

Ghost of Yotei haqqında əsas detallar:

  • Oyun ronin Atsunun ailəsinin qətlinə görə qisas alması üzərində qurulub.
  • Oyunçular Atsunun keçmişi və bu günü arasında keçid edə biləcək.
  • Tapşırıqlar oyunçunun seçimlərinə əsasən açılacaq – dünya azad tədqiqata açıqdır.
  • Tərtibatçılar, Sucker Punch oyunları arasında ən yüksək azadlıq dərəcəsi vəd edirlər.
  • Silahlar: katana, uzun nizə, zəncirli kusarigama, ağır odaaçi qılıncı və cüt qılınclar.
  • Döyüş sistemi klassik samuray filmlərindən ilham alıb.
  • Oyunda canavar yoldaş da olacaq.
  • Kurosava filmləri stilində (məsələn, “Yeddi Samuray”) ağ-qara rejim yenidən təqdim olunur.
  • Əlavə vizual rejimlər:
    • Takashi Miike üslubunda (məsələn, “13 qatillər”) gücləndirilmiş effektlərlə,
    • Shinichiro Watanabe üslubunda (“Samuray Champloo”) Lo-Fi musiqi fonunda.

Ghost of Yotei üslubunda limitli PlayStation 5:

  • İki dizayn mövcud olacaq: qızılıqara.
    • Qızılı versiya dünya üzrə pərakəndə satışda,
    • Qara versiya isə yalnız PlayStation Direct üzərindən satışda olacaq.
  • Hər iki versiyada ayrıca Ghost of Yotei dizaynlı DualSense gamepad təqdim olunacaq — üzərində əsas qəhrəmanın təsviri yer alır.

Qiymətlər hələ açıqlanmayıb. Satışlar 2 oktyabrda başlayacaq.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın