Split Fiction – 2025-ci ilin ən yüksək qiymətləndirilən oyunu

by Nigar Məmmədova
0 comments

Hazelight studiyasının və Yozef Faresin yeni layihəsi Split Fiction, artıq ilin ən yaxşı oyunu adına əsas namizəd kimi göstərilir. Oyun tənqidçilər tərəfindən böyük rəğbətlə qarşılanıb və Metacritic-də 91, OpenCritic-də isə 90 xal toplayaraq Monster Hunter Wilds və Kingdom Come: Deliverance II kimi güclü rəqibləri geridə qoyub.

Hazelight, əvvəlki layihələri olan A Way Out və It Takes Two ilə olduğu kimi, kooperativ oyun janrını yeni səviyyəyə qaldıraraq, bu sahədə aparıcı studiyalardan biri olduğunu bir daha sübut edib.

Split Fiction ilin oyunu olacaqmı?

Oyun yüksək rəylər alsa da, onun İlin Oyunu (Game of the Year) mükafatını qazanıb-qazanmayacağı maraq doğurur. Hazelight sonuncu dəfə bu uğuru 2021-ci ildə It Takes Two ilə əldə etmişdi. Lakin 2025-ci il daha rəqabətli keçəcək, çünki GTA VI-nın çıxışı gözlənilir.

Hər halda, Hazelight-ın uğuru, kooperativ oyunların bazarda öz mövqeyini qoruduğunu göstərir. Ümid edirik ki, studiya gələcəkdə də oyunçuları yeni və maraqlı layihələrlə sevindirəcək.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın