2 dekabrda StarLadder Budapest Major 2025-in Counter-Strike 2 üzrə ikinci qrup mərhələsi başa çatdı və bununla yanaşı ən çox seçilən xəritələr də statistika ilə üzə çıxdı.
Növbəti mərhələyə adlayan komandalar bunlardır:
Natus Vincere, FaZe Clan, B8 Esports, Imperial Esports, PARIVISION, Team Liquid, Passion UA və 3DMAX.
Turniri tərk edən son komanda isə Ninjas in Pyjamas oldu.
Xəritə seçimi üzrə vəziyyət belə formalaşıb:
- Mirage və Train — mərhələnin açıq favoritləri, hər biri 11 dəfə pik edilib;
- Dust2 — 8 seçimlə üçüncü yerdə qərarlaşıb;
- Overpass — ən az oynanan xəritə, cəmi 3 dəfə seçilib.
İndi isə diqqət üçüncü qrup mərhələsinin startına yönəlib — ilk oyunlar 4 dekabr, Baki vaxtı ilə 16:00-da keçiriləcək.
Günün açılış qarşılaşmaları:
- MOUZ vs PARIVISION
- Imperial Esports vs The MongolZ