Steam-də Böyük Payız Endirimləri Başladı

by Nigar Məmmədova
0 comments

Steam-də Payız Endirimləri ilə Minlərlə Oyun Təklif olunur
Dünən, 27 noyabr tarixində Valve Steam platformasında geniş miqyaslı payız endirimlərini elan etdi. Kampaniya çərçivəsində minlərlə oyuna xüsusi endirimlər təqdim olunur.

Valve əvvəlcədən bildirmişdi ki, Balatro, Animal Well, Ready or Not, Dead Island 2, Euro Truck Simulator 2, V Rising və Enshrouded oyunlarına endirimlər tətbiq ediləcək. Kampaniyada iştirak edən bütün oyunların siyahısını Steam-in ana səhifəsində tapmaq mümkündür.

Steam Awards 2024 Naminasiyaları:

Bundan əlavə, istifadəçilər sevimli oyunlarını 11 kateqoriya üzrə “Steam Awards 2024” üçün nominasiya edə bilərlər. Naminasiya müddəti 4 dekabr saat 21:00-da (Moskva vaxtı ilə) bitir. Qaliblər 31 dekabrda elan olunacaq.

Payız Endirimləri çərçivəsində bəzi oyunların qiymətləri:

  • Dark Souls III – 1199 rubl (50% endirim)
  • Liar’s Bar – 224 rubl (20% endirim)
  • Lies of P – 2399 rubl (40% endirim)
  • Enshrouded – 1119 rubl (20% endirim)
  • Warhammer 40,000: Rogue Trader – 959 rubl (40% endirim)
  • Baldur’s Gate 3 – 1599 rubl (20% endirim)
  • Hitman World of Assassination – 700 rubl (60% endirim)
  • Tunic – 550 rubl (50% endirim)
  • Remnant II – 1434 rubl (50% endirim)

Endirimlərin bitmə tarixi:
Kampaniya 4 dekabr saat 21:00-da sona çatır. Bu fürsəti qaçırmamaq üçün oyunları vaxtında əldə etməyi unutmayın!

Dünən də Sony, PlayStation Plus-ın dekabr seçimini açıqladı. Bu siyahıya burada baxa bilərsiniz.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın