T1 və Team Heretics VALORANT Champions 2025-ə qələbə ilə başladı

by Nigar Məmmədova
0 comments

Fransada keçirilən nüfuzlu VALORANT Champions 2025 turnirində D qrupunun ilk oyunları yekunlaşıb. Start matçlarında T1 komandası Dragon Ranger Gaming üzərində qələbə qazanıb, Team Heretics isə G2 Esportsu məğlub edib.

Qarşıdakı oyunlar

D qrupunda növbəti həlledici görüşlər 18 sentyabrda keçiriləcək. Bu dəfə:

  • T1Team Heretics pley-off mərhələsinə vəsiqə uğrunda üz-üzə gələcək.
  • Dragon Ranger Gaming isə G2 Esports ilə sağ qalma oyunu oynayacaq.

Turnir haqqında

VALORANT Champions 2025-də 16 ən güclü komanda mübarizə aparır. Ümumi mükafat fondu 2,25 milyon dollar təşkil edir. Yarış 5 oktyabra qədər davam edəcək. Növbəti qrup oyunları isə 15 sentyabrda, B qrupunda baş tutacaq.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın