Team Falcons MOUZ ilə yarımfinala vəsiqə uğrunda oynayacaq

by Nigar Məmmədova
0 comments

CS2 üzrə IEM Dallas 2025 turnirinin qrup mərhələsi çərçivəsində Team Falcons komandası HEROIC üzərində qələbə qazanaraq növbəti mərhələyə adlayıb. Maraqlı və gərgin keçən qarşılaşma 2:1 hesabı ilə başa çatıb:

  • Ancient – 13:9 Falcons
  • Nuke – 13:16 HEROIC
  • Dust2 – 13:3 Falcons

Liderlik oyunu: Falcons – MOUZ

Bu nəticə ilə Falcons A qrupunun lideri olmaqbirbaşa yarımfinala çıxmaq şansı əldə edib. Komanda növbəti oyununu 22 may, saat 03:00-da (Bakı vaxtı ilə) MOUZ komandasına qarşı keçirəcək.

HEROIC üçün son şans

Məğlubiyyətə baxmayaraq, HEROIC turnirdə qalmaq uğrunda mübarizəni davam etdirəcək. Komanda 21 may saat 22:00-da FaZe Clan ilə qarşılaşacaq. Bu oyun HEROIC üçün turnirdə qalmaq baxımından həlledici olacaq.

Turnir haqqında

  • IEM Dallas 2025 turniri 19–25 may tarixlərində ABŞ-da LAN formatında keçirilir
  • Turnirin ümumi mükafat fondu – 1 milyon dollar
  • 16 komanda iştirak edir

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın