Vitality qalib gəldi, The Mongolz isə mübarizəni davam etdirəcək — IEM Dallas 2025-də qrupun həlledici oyunu

by Nigar Məmmədova
0 comments

IEM Dallas 2025 turnirinin A qrupunda həlledici qarşılaşma baş tutdu. Vitality komandası The Mongolz üzərində 2:1 hesabı ilə qələbə qazanaraq yarımfinala birbaşa vəsiqə əldə etdi.

Gərgin üç xəritəlik duel

Oyun üç xəritədə keçirildi və hər iki komanda öz gücünü ortaya qoydu:

  • Inferno — Vitality 13:10 qalib gəldi
  • Nuke — Mongolz 13:7 üstün oldu
  • Mirage — Vitality 13:11 ilə görüşü bağladı

Bu nəticə ilə Dan “apEX” Madesclaire rəhbərliyindəki Avropa təmsilçisi birbaşa yarımfinal mərhələsinə yüksəldi. Garidmagnai “blitz” Byambasuren-in rəhbərlik etdiyi The Mongolz isə mübarizəni dörddəbir final mərhələsindən davam etdirəcək.

Turnir haqqında ümumi məlumat

  • Turnirin adı: IEM Dallas 2025
  • Tarixlər: 19–25 may
  • Format: LAN
  • İştirakçı komandalar: 16
  • Ümumi mükafat fondu: 300 min ABŞ dolları

Qarşıdakı günlərdə turnirin həyəcanı daha da artacaq və ən güclülər çempionluq uğrunda son sözlərini deyəcəklər.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın